Ukraynaya bağışlanan raketlərin istehsal olunduğu İspaniyanın silah şirkəti "İnstalaza" və "Torrejon de Ardoz" aviabazasında bombalı paket tapılıb.
Qaziler.az Haber Global-a istinadla xəbər verir ki, İspaniya polisi bombalı paketlərin ötən gün Madriddəki Ukrayna səfirliyinə göndərilən partlayıcılarla əlaqəli olub-olmadığını aydınlaşdırır.
Xatırladaq ki, noyabrın 30-da Ukraynanın Madriddə yerləşən səfirliyinə gələn zərfin açılmasından sonra partlayış olub. Hadisə zamanı bir nəfər yaralanıb.
QAZİLER.AZ