PKK Türkiyəyə qarşı Rusiyanı da köməyə ÇAĞIRDI

PKK Türkiyəyə qarşı Rusiyanı da köməyə ÇAĞIRDI backend

PKK-nın Suriyadakı qolu YPG-nin ən böyük tərkib hissəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin başlatdığı əməliyyatlardan qorxuya düşüb. SDQ-yə başçılıq edən Mazlum Abdi ABŞ-dən sonra Rusiyaya səslənib.

Qaziler.az "Hürriyet"e istinadla xəbər verir ki, bu barədə Mazlum Abdi “Voice Of America”ya kürdcə danışarkən bildirib.

“Türkiyə quruda əməliyyatları başlatmaqda qərarlıdır. Bunun üçün hazırlıqlar görürlər. Rusiyanı bu hücumu dayandırmağa çağırırıq”, - deyən Abdi ABŞ-dən də Türkiyəyə qarşı güclü mövqe tutmasını istəyib.

“Əl Cəzirə” televiziyasının verdiyi məlumatda Rusiya ilə Türkiyə arasında planlaşdırılan əməliyyatla bağlı danışıqların davam etdiyi və Rusiyanın Suriyanın şimalında Türkiyənin tələblərini yerinə yetirməyə çalışdığı qeyd edilib.

QAZİLER.AZ

Diaspora