Çində tətbiq edilən sərt karantin tədbirlərindən sonra bölgədə təəccübləndirən hadisələr yaşanır. İnsanlara zorla koronavirus testinin edildiyi görüntülərə daha bir əlavə edilib.
Qaziler.az xəbər verir ki, növbəti hadisə Çinin Luhzou şəhərində yaşanıb.
Belə ki, övladını dünyaya gətirmək üçün xəstəxanaya gedən qadın koronavirus testinin cavabı olmadığı üçün doğuma alınmayıb. Xəstəxanaya daxil ola bilməyən qadın bir müddətdən sonra küçənin ortasında doğub.
Görüntülərdən də aydın olur ki, həmin an anaya küçədən keçənlər kömək edib.
QAZİLER.AZ