Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır

Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır backend

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin münaqişənin həlli üçün nüvə silahından istifadəyə göstəriş verməyəcəyinə inanır.

Qaziler.az “Kp.Ru”ya istinadla xəbər verir ki, o, bu barədə “The New York Times” qəzetinin keçirdiyi tədbirdə çıxışı zamanı bildirib.

"Mən onun nüvə silahından istifadə edəcəyini düşünmürəm" , tədbirə videobağlantı vasitəsiylə qatılan Zelenski deyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında Rusiyanın lazım gələrsə, Ukrayna münaqişəsində nüvə silahından istifadə etmək hüququna malik olduğunu yazmışdı.

Ölkənin Xarici İşlər Nazirliyi isə Rusiyanın mövcudluğuna təhlükə yarandığı halda nüvə silahından istifadəyə icazə verildiyini qeyd edib.

QAZİLER.AZ

Diaspora