Britaniya hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib. Ölkə “qara siyahı”ya Rusiyanın 22 vəzifəli şəxslərini əlavə edib.
Qaziler.az “kp.ru”ya istinadla xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyaya Rusiya Federasiyası Baş nazirinin müavini, Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov, Federal Penitensiar Xidmətin direktoru Arkadiy Qostev, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova qarşı tətbiq edilib.
Qara siyahıda həmçinin Moskvanın hərbi komissarı Maksim Loktev, Dövlət Dumasının deputatı Oleq Denisenko və başqaları var.
Britaniya hökumətinin məlumatına görə, Londonun anti-Rusiya sanksiyaları 1,2 mindən çox fiziki və 120 hüquqi şəxsə təsir edib.
Qeyd edək ki, bu ilin sentyabrında Britaniya hakimiyyəti anti-Rusiya sanksiyalar siyahısını genişləndirib. Siyahıya 92 yeni vəzifəli şəxslər əlavə edilib. Bunlara iş adamları Qod Nisanov, Zarax İliyev, İsgəndər Mahmudov və İqor Makarov daxildir.
QAZİLER.AZ