Türkiyə ilə razılaşmanın əldə edilməsində mühüm irəliləyiş var - İsveçin xarici işlər naziri

Türkiyə ilə razılaşmanın əldə edilməsində mühüm irəliləyiş var - İsveçin xarici işlər naziri backend

İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün Türkiyə ilə razılaşmanın əldə edilməsində mühüm irəliləyiş əldə ediblər.

Qaziler.az-ın məlumatına görə, Reuters xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billstrom deyib.

“Dünən İsveç, Finlandiya və Türkiyə arasında çox səmərəli ikitərəfli görüşümüz oldu və mən bu görüşdən sonra irəliləyişin olduğunu hiss etdim. Biz irəliləyirik”. Billstrom NATO xarici işlər nazirlərinin iclasının ikinci günündə jurnalistlərə belə deyib.

Türkiyə və Macarıstan hələ də Finlandiya və İsveçin Alyansa qoşulmaq üçün müraciətlərini ratifikasiya etməyən yeganə NATO ölkələri olaraq qalır.

QAZİLER.AZ

 

Diaspora