Finlandiyanın baş naziri Sanna Marin Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsini təmin etmək üçün ona yardımın artırılmasının vacib olduğunu deyib.
Qaziler.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, Finlandiyanın baş naziri tarixdə ilk dəfə olaraq Yeni Zelandiya və Avstraliyaya səfər edib və bunu jurnalistlərə sözügedən səfər zamanı söyləyib. Marin qeyd edib ki, söhbət Ukraynadan gedirsə bizə sərt güc lazımdır
O, Ukraynanın hərbi, maliyyə və humanitar dəstəyə ehtiyacı olduğunu vurğulayıb. "Müttəfiqlər həmçinin əmin olmalıdırlar ki, Ukraynadan qaçan bütün qaçqınlar Avropaya qəbul ediləcək" - deyə baş nazir bildirib.
QAZİLER.AZ