NATO İrana xəbərdarlıq etdi

NATO İrana xəbərdarlıq etdi backend

“Heç bir ölkə Rusiyanı silahla təmin etməməlidir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, silah ehtiyatı azaldığına görə Rusiya digər ölkələrdən silah alır.

Baş katib buna nümunə kimi İrandan alınan silahları göstərib.

Diaspora