Müharibə, qeyri-sabitlik və iqtisadi səbəblərdən dolayı mühacirlərin ölkələrindən qaçmaq üçün seçdiyi üsullar təəccübləndirməyə davam edir. Onlardan biri də Nigeriyadan yola çıxan bir gəmidə yaşanıb.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, Nigeriyadan dəmir alan gəminin suya yaxın hisəsində miqrantlar 11 gün ərzində ac-susuz səyahət edərək ölkələrindən qaçmağı bacarıblar.
Səyahət zamanı onların susuzluqdan əziyyət çəkdikləri dərhal müşahidə olunub və xilas edilərək xəstəxanaya yerləşdiriliblər.
İspaniya Sahil Mühafizəsi dünən hadisə ilə bağlı açıqlama verib. Bildirlib ki, immiqrantlar gəminin alt hissəsində - sükanında aşkar ediliblər.
“Bu gün Sahil Mühafizənin qayığı Las Palmas limanında dayanmış və Nigeriyadan gələn “Althini II” gəmisinin sükanında 3 immiqrantı xilas edib. Onlara həkim briqadaları tərəfindən tibbi yardım göstərilib”, - açıqlamada qeyd edilib.
Bildirilib ki, Malta bayrağı altında üzən “Althini II” tankeri noyabrın 17-də Laqosu tərk edib.
QAZİLER.AZ
