Vladimir Putinin yaxın adamlarından daha biri istefa verib

Vladimir Putinin yaxın adamlarından daha biri  istefa verib backend

Rusiya Prezidenti Vladimir Putinin yaxın adamlarından biri hesab olunan, Hesablama Palatasının sədri Aleksey Kudrin vəzifəsindən istefa verib.

Qaziler.az xəbər verir ki, Aleksey Kudrin vəzifəsindən getməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təsdiqləyib.

“Mən Hesablama Palatasının sədri vəzifəsindən gedirəm. Bu barədə Rusiya Federasiyasının Prezidentinə müəyyən edilmiş qaydada müvafiq ərizə təqdim etmişəm”.

Kudrin qeyd edib ki, o, 25 ilə yaxın dövlət sektorunda çalışıb və indi diqqətini insanlar üçün böyük əhəmiyyət kəsb edən özəl təşəbbüslərin inkişafı ilə bağlı layihələrə yönəltmək istəyir.

Bundan əvvəl “Svobodnaya pressa” Rusiya prezidenti Vladimir Putinin Kudrinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı Federasiya Şurasına təklif göndərdiyini dərc edib. Müraciətə noyabrın 30-da baxılacağı bildirilir.

QAZİLER.AZ

Diaspora