Türkiyədə şəhidin ortaya çıxan videosu ürəkləri dağladı - VİDEO

Türkiyədə şəhidin ortaya çıxan videosu ürəkləri dağladı - VİDEO backend

“Pençe Kilit” əməliyyatında ağır yaralanan, ötən gün həyatını xilas etmək mümkün olmayan 25 yaşlı şəhid çavuş Halil İbrahim Yiğitin analar günündə çəkdiyi bir video ortaya çıxıb.

Qaziler.az HaberGlobala istinadla xəbər verir ki, şəhidin özündən sonra anası üçün hazırladığı videosu yadigar qalıb.

Videoda anasına səslənən əsgər: “Dünən, bu gün və sabah hər zaman səni sevdim. Daim səni sevəcəm. Bizimki bitməz bir sevgidir, anam! Analar Günün mübarək olsun. Ən böyük əsgər bizim əsgər deyə vətən ocağına göndərən anam, ən böyük ana sənsən”.

QAZİLER.AZ

Diaspora