Ukraynada döyüşən və ölən qadın hərbçilərin sayı açıqlandı

Ukraynada döyüşən və ölən qadın hərbçilərin sayı açıqlandı backend

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri 101 ukraynalı qadın hərbçi həlak olub.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.

“101 qadın hərbçi həlak olub. 50 nəfəri isə itkin düşüb. 100-dən çox yaralı var”, - Reznikov bildirib.

O vurğulayıb ki, artıq 50 qadın hərbçi dövlət mükafatlarına layiq görülüb.

Nazir əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrində 59 786 qadın xidmət edir. Bunlardan 41 mini hərbi qulluqçu, 19 mini mülki işçilərdir. 5 minə yaxın qadın cəbhə xəttindədir.

Mənbə: rbc.ua

Diaspora