Qardaşı qızı Xamaneini Hitlerə bənzətdi - VİDEO

Qardaşı qızı Xamaneini Hitlerə bənzətdi - VİDEO backend

İranın ali dini lideri Xamaneinin qardaşı qızı Fəridə Muradhani Qərb ölkələrinə səslənərək Tehranla bütün əlaqələrini kəsmələrini tələb edib.

Qaziler.az Haber Globala istinadla xəbər verir ki, o, videoçıxışında əmisi Xamaneini Hitlerə bənzədib.

“Nə vaxta qədər diktatorların zülmünün şahidi olacağıq? Hitleri, Mussolinini, Qəddafini, Səddam Hüseyni görmədikmi? Bunların sonuncusu Xamenei dünyanın düşünməsi üçün kifayət etmir?” deyə müraciət edib.

Videonun yayımlanmasından sonra Muradhani prokurorluğu çağırılaraq həbs edilib.

QAZİLER.AZ

Diaspora