Türkiyənin daha bir əsgəri əməliyyatlarda şəhid oldu - FOTO

Türkiyənin daha bir əsgəri əməliyyatlarda şəhid oldu - FOTO backend

“Pençe Kilit” əməliyyatında yaralanan çavuş Halil İbrahim Yiğitin göstərilən bütün səylərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tvitterdə açıqlama verib.

“Qəhrəman silahdaşımız, 28 noyabr 2022-ci ildə şəhid olmuşdur. Qəhrəman şəhidimizə öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından Allahdan rəhmət, kədərli ailəsinə və millətimizə başsağlığı və səbr diləyirəm”, müdafiə naziri Hulusi Akarın açıqlamasında yer alıb.

QAZİLER.AZ

Diaspora