Almaniyada enerji krizisindən dolayı Almaniya Federal Şurasının üzvləri məclisə palto və şərflərlə qatılıb.
Qaziler.az xəbər verir ki, keçirilən sonuncu məclisdə partiya üzvlərinin görüntüsü gündəm olub. Bir çox millət vəkilləri üşüdüklərini dilə gətirərək durumdan şikayətləniblər.
Hətta bəzi məclis üzvləri ofislərinin buz kimi olduğunu, xəstələnəcəklərindən dolayı narahatlıq keçirdiklərini bildiriblər.
“Ofisimdə pencəklə otururam və daim hərəkət edirəm ki, üşüməyim, amma yenə də donuram”, - Yaşıllar Partiyasından deputat Renate Kuenast deyib.
QAZİLER.AZ

