Əfqanıstanda qadınlar gizli-gizli taekvando ilə məşğul olur - FOTO

Əfqanıstanda qadınlar gizli-gizli taekvando ilə məşğul olur - FOTO backend

Əfqanıstanın Kabil şəhərində yerləşən özəl idman mərkəzində qadınlar gizli şəkildə taekvando ilə məşğul olur.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, evlərə həbs edilən qadınlar Taliban rejimində bir çox çətinliklərlə mübarizə aparmaq məcburiyyətindədir. Bu da onları müdafiəsiz edir. Lakin bəzi qadınlar məhdudiyyət və qadağalara boyun əymir, gizli də olsa özlərini müdafiə etmək üçün idmanla məşğul olurlar.

Qeyd edək ki, Əfqanıstanda Talibanın hakimiyyəti ələ keçirməsindən sonra yanında bir kişi yoldaş olmadan qadınlar küçəyə çıxa və ya uzaq yerlərə səfər edə bilmir. Həmçinin qızlar orta təhsildən, böyüklər isə iş həyatından kənarlaşdırılırlar.

QAZİLER.AZ

Diaspora