Macarıstan polisi qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident polis əməkdaşları yüzlərlə qaçqını miqrasiya düşərgəsinə yollanan avtobuslara mindirmək məqsədilə güc tətbiq etməyə başlayıb. Düşərgəyə getmək istəməyən miqrantlar polisə müqavimət göstərib, nəticədə qarşıdurma olub və polis gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, bundan əvvəl verilən məlumatda Macarıstan xüsusi xidmət orqanları qaçqınlar arasında iki terrorçunun aşkarlandığını bildirib.