PKK /YPG terror təşkilatlarına qarşı Suriyanın şimalında hərbi əməliyyatlara başlayan Türkiyə Silahlı Qüvvələri növbəti uğura imza atıb.
Qaziler.az xəbər verir ki, Türkiyə topçusunun uğurlu atışının anları paylaşılıb.
Görüntülərdə xidməti əsgər tərəfindən terrorçuların atəşinə cavab verildiyi anlar yer alıb. Mehmetçikin təyin olunan nöqtələri dəqiqliklə hədəf aldığı, açılan atəşin terrorçuların tam dəqiqliklə üstlərinə düşdüyü və komandiri tərəfindən təbrik edildiyi görünür:
Əsgərin: “Atəş yerinə yetirildi, düz üstünə düşdü, komandirim”, - sözləri videoda xüsusi diqqət çəkir.
QAZİLER.AZ


