Çavuşoğlu: "Daha çox problem İsveçlədir"

Çavuşoğlu: "Daha çox problem İsveçlədir" backend

“Finlandiya ilə bağlı sıxıntılarımız o qədər böyük deyil, daha çox problem İsveçlədir”.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla keçirdiyi mətbuat konfransından sonra sulları cavablandırarkən deyib.

“NATO-nun Baş katibi Yens Stoltenberq İstanbul səfəri zamanı İsveç və Finlandiyanın alyansa üzvlüyünün vaxtınını gəlib çatdığını söyləsə də,  addımlar atılsa da, lakin bəzi problemlər qalıb. Bu o deməkdir ki, onlar bəzilərini yerinə yetirib, bəzilərini isə yox. Yəni hələ də konkret addım atmayıblar. Ekstradisiya və hüquqi tənzimləmələrlə bağlı konkret gözləntiləri doğrultmayıblar”.

Daha sonra Çavuşoğlu hər iki ölkə ilə olan münasibətləri bu cür dəyərləndirib:

“Finlandiya ilə bağlı sıxıntılarımız o qədər böyük deyil, daha çox problem İsveçlədir. Ancaq iki ölkə və NATO onlarla bərabər şəkildə davranmağımızı istəyirlər. Əsasən də daha çox addım atmalı olacaq ölkə İsveçdir”.

QAZİLER.AZ

Diaspora