Qırğızıstanın deputatı Qazaxıstanla sərhəddə itkin düşüb

Qırğızıstanın deputatı Qazaxıstanla sərhəddə itkin düşüb backend

Qırğızıstan Respublikasının deputatı Elvira Surabaldiyeva tviterdəki səhifəsində həmkarı Çingiz Aydarbekovun yoxa çıxdığını, deputat Emil Jamqırçiyevin isə Qazaxıstanla sərhəddə Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

Bu barədə xarici mətbuat xəbər verir.

Onun sözlərinə görə, dəfn mərasiminə iki kişi gedib. Amma Qazaxıstanla sərhəddə yerləşən “Ak Jol” sərhəd-keçid məntəqəsində məlum olub ki, Jamqırçiyevin çıxışına qadağa qoyulub. Qadın deputat əlavə edib ki, MTDK tərəfindən saxlanılıb, lakin bir müddət sonra sərbəst buraxılıb.

“Aydarbekov heç yerdə yoxdur, onu tapa bilmirik. Dünəndən bəri əlaqə yoxdur. MTDK susur”, - o, ikinci deputatın taleyi ilə bağlı qeyd edib.

“Sputnik” agentliyinin Qırğızıstan üzrə regional bölməsi yazıb ki, MTDK-nin mətbuat xidmətindən hələlik şərh almaq mümkün deyil.

Report.az

loading...
Diaspora