Rusiya ordusu növbəti gizli səfərbərlik dalğasına hazırlaşır.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Rusiyada və Ukraynanın işğal olunmuş ərazilərində bu ilin dekabrın 10-dan etibarən gizli səfərbərliyin növbəti dalğasının keçirilməsi üçün hazırlıq tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.
Baş Qərargahın məlumatına görə, Rusiya hələ də səfərbərliyə cəlb olunan hərbi qulluqçuların maddi-texniki təminatı məsələsini həll edə bilmir.
Axar.az