2015-2016-cı illərdə Avropaya Aralıq dənizindən azı 850 min qaçqın gələcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu cür proqnoz BMT-nin qaçqınların işi üzrə Ali komissarı idarəsinin bəyanatında bildirilir.
İdarənin ekspertlərinin hesablarına əsasən, bu il Avropa ümumilikdə 400 min, gələn il idə daha 450 min qaçqın gələcək.İdarədə bu göstəricilərin reallığı əks etdirməyəcəyini istisna etməyiblər. Miqrantların bu payız və ərzində axını Aralıq dənizindəki hava şəraitindən asılı olacaq.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, ilin əvvəlindən Yaxın Şərq və Afrika ölkələrindən Aralıq dənizi vasitəsilə Avropaya gələn qaçqınların sayı artıq 378 mini keçib.