Angela Merkeldən Putin açıqlaması: “Gücüm qalmamışdı”

Angela Merkeldən Putin açıqlaması:  “Gücüm qalmamışdı” backend

Keçmiş Almaniya kansleri Angela Merkel Moskva ilə bağlı siyasətindən danışarkən liderliyinin son dövrlərində Rusiya Prezidenti Putinə təsir edəcək gücünün qalmadığını deyib.

Qaziler.az xəbər verir ki, bu barədə Merkel “Der Şpiegel”ə danışıb.

Merkel vəzifədən getməzdən əvvəl Fransa prezidenti Emmanuel Makron və Putinlə Avropa üzrə danışıqlar aparmağa çalışdığını, lakin buna gücünün çatmadığını belə izah edib:

“Hər kəs payızda gedəcəyimi bilirdi. Hisslər çox aydın idi. Artıq siyasətdəki gücüm bitmişdi. Putin üçün isə sadəcə güc vacibdir”, -  Merkel müsahibəsində deyib.

Qeyd edək ki, Almaniyada 15 il kansler vəzifəsini icra edən Angela Merkel 2021-ci ilin avqust ayında vəzifəsindən uzaqlaşıb.

QAZİLER.AZ

Diaspora