Türkiyədə terror aktı törədilən İstiqlal küçəsində təhlükəsizliyin təminatı üçün İstanbul valisi Əli Yerlikaya tərəfindən ümumi sərəncam imzalanıb.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, sərəncama əsasən küçədə daha əvvəl mövcud olan bəzi tədbirlərin keçirilməsi bundan sonra qadağan ediləcək.
Bunlar aşağıdakılardır:
Küçədəki sahibkarlıq subyektləri tərəfindən küçəyə hər hansı məqsədlə stol, stul, lövhə, səyyar lövhə və s. yerləşdirilməsinə;
Stendin qoyulmasına;
Sərginin açılmasına;
Səyyar satışların aparılması və satış üçün piştaxtaların qoyulmasına;
Sosial, mədəni və ya kommersiya tədbirlərinin təşkilinə;
Kollektiv və ya fərdi küçə musiqiçiləri, performans şoularına;
Küçə satışlarına və buna bənzər şeylərə qətiyyən icazə verilməyəcək.
Xatırladaq ki, noyabrın 13-də Türkiyənin İstiqlal küçəsində terror aktı baş verib. Partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.
QAZİLER.AZ
