Onur Şenerin cinayətində toplanan şüşə qırıntıları qaranlıq məqamları aydınlatdı

Onur Şenerin cinayətində toplanan şüşə qırıntıları qaranlıq məqamları aydınlatdı backend

Musiqi üstündə yaranan mübahisə zamanı boynundan aldığı zərbələrdən dünyasını dəyişən türkiyəli musiqiçi Onur Şenerin cinayətinin detalları aydın olub.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, toplanan şüşə qırıqları sayəsində müğəninin necə öldürüldüyü məlum olub.

Qətl hadisəsindən sonra işçi qrupu cinayətin baş verdiyi məhəllədəki əyləncə mərkəzinin təhlükəsizlik kameralarının qeydlərinə baxıb. Lakin görüntüləri qeydə alınmayan cinayətin baş verdiyi digər ərazilərdə çoxlu sayda şüşə qırıları aşkar edilib. Toplanan şüşələrin qalınlığı,üzərindəki naxışlar, rəngi və qırıqlar təsnif edilib. Nəticədə qırıq şüşə parçalarından uyğunlaşdırılan iki stəkan dəlil olaraq götürülüb. Lakin hadisə zamanı istifadə olunan üçüncü stəkan çox kiçik olduğu üçün onun hissələrini birləşdirmək mümkün olmayıb.

Şahidlərin verdiyi ifadələrə görə, hər iki vasitə dava zamanı cinayəti törədənlər tərəfindən istifadə edilən stəkanlar olduğunu müəyyən edilib. Həmçinin tapılan şüşə qırıqlarında cinayətdə şübhəli bilinən iki nəfərin əl izləri və Onur Şenerin DNT-si aşkar edilib.

QAZİLER.AZ

Diaspora