Ərəbistanda daşqınlardan sonra avtomobillər su altında qalıb - FOTO - VİDEO

Ərəbistanda daşqınlardan sonra avtomobillər su altında qalıb - FOTO - VİDEO backend

Səudiyyə Ərəbistanının Mədinə şəhərində dünən yağan leysan yağışlar səbəbindən bir çox əsas yolları su basıb, bir çox avtomobil isə su altında qalıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ötən gün güclü yağış səbəbindən Məkkə-Mükərrəmə bölgəsində bir çox yolun və tunelin bağlandığı, Ciddədə isə 2 nəfərin öldüyü bildirilib.

Fəlakətdən sonra Səudiyyə Ərəbistanında fəaliyyət göstərən "Əl-İhbariyye" telekanalında yayımlanan görüntülərdə şiddətli yağış səbəbilə Ciddə küçələrində çox sayda su gölməçələrinin əmələ gəldiyi və onlarla avtomobilin su altında qaldığı görünür.

Ölkənin rəsmi agentliyi SPA-nın xəbərinə görə, Milli Meteorologiya Mərkəzinin sözçüsü Hüseyn əl-Kahtani Ciddəyə ziyan vuran yağışların aramsız olduğunu bildirib.

Kahtani yağıntının təxminən 8 saat davam etdiyini, Ciddədə 2009-cu ildən bəri görülən ən yüksək yağıntı miqdarı olduğunu qeyd edib.

QAZİLER.AZ

Diaspora