Kiyevə raket zərbələri endirilməyib - Rusiya MN

Kiyevə raket zərbələri endirilməyib - Rusiya MN backend

Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində başladılan hərbi əməliyyatlarla bağlı gündəlik hesabatında noyabrın 23-də Kiyevə raket zərbələri endirmədiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında dərc edilib.

Nazirliyin məlumatında qeyd edilib ki, ötən gün Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi komandanlıq və idarəetmə sistemilərini havadan, dəniz və qurudan yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə atəşə tutub. Təyin edilmiş bütün hədəflərin vurulduğu bildirilib. Lakin Kiyevə atılan raketlərin Ukrayna hava hücumundan müdafiə sistemlərinə məxsus yerli və xarici ölkə istehsalı raketlərin düşməsinə görə baş verdiyi vurğulayıb.

QAZİLER.AZ

Diaspora