İraq hökuməti suverenliyinin təhlükəsizliyini təmin etmək üçünTürkiyə və İranla sərhədlərinə əlavə qoşunlar yerləşdirməyə qərar verib.
Qaziler.az xəbər verir ki, İraqın Baş naziri Məhəmməd Şia es-Sudaninin sədrliyi ilə keçirilən iclasda ölkənin ərazi bütövlüyünün qorunması üçün 4 əsas addımın atılması ilə bağlı qərar verilib.
Keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında İraq sərhəddəki qüvvələrini İran və Türkiyə sərhədləri boyu sıfır xəttini qoruyacaq şəkildə yenidən genişləndirmək haqda qərar qəbul edib.
QAZİLER.AZ