Qətərə gələn azarkeşlərə 30 dildə İslam dini aşılanır - FOTO/VİDEO

Qətərə gələn azarkeşlərə 30 dildə İslam dini aşılanır - FOTO/VİDEO backend

FİFA 2022 Futbol üzrə Dünya Çempionatı üçün Qətərə gələn azarkeşlərə İslam dinin tolerantlığı izah edilir.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Qətərin paytaxtı Dohada yerləşən Mədəniyyət Kəndindəki məscidlər islamı tanımaq istəyən azarkeşlərin əsas mərkəzinə çevrilib.

Belə ki, məsciddə bir çox dili bilən kişi və qadınlar əcnəbi turistlərə islam dinindən və tolerantlığından danışır.

Məscidin qapısında ziyarətçilərə telefonlarında baxa biləcəkləri İslam haqqında 30-dan çox dildə elektron lövhələr qoyulub və müxtəlif dillərdə islam dinini tanıdacaq bukletlər paylanılır.

Bundan başqa, turistlər küçə boyu divarlara yazılmış Muhamməd Peyğəmbərin xeyirxah əməllərindən bəhs edən hədislər oxuyur.

QAZİLER.AZ

Diaspora