Pentaqon Türkiyənin Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bölgədə PKK / YPG terror təşkilatlarını hədəf almasının onun hərbçilərinin təhlükəsizliyini təhdid etdiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçücü Patrik Payder yazılı açıqlama verib.
“ABŞ Müdafiə Nazirliyi Suriyanın şimalında, İraqda və Türkiyədə artan gərginlikdən narahatdır. Bu gərginlik qlobal anti-İŞİD koalisiyasını zəiflətmək və məğlub etmək üçün ABŞ-ın illərdir qazandığı irəliləyişə maneədir. Suriyadakı son hava hücumları İŞİD-i məğlub və 10 mindən çox İŞİD məhbuslarının müşahidəsini təmin etmək üçün ABŞ personalının təhlükəsizliyinə birbaşa təhdiddir”, - deyə açıqlamada qeyd edilib.
Açıqlamanın sonunda Payder atəşkəsin əldə olunması üçün Türkiyə və yerli tərəfdaşlarla danışıqların aparılacağını bildirib.
QAZİLER.AZ