Ukraynaya Xəzər dənizindən onlarla raket atılıb

Ukraynaya Xəzər dənizindən onlarla raket atılıb backend

Noyabrın 23-də hava hücumundan müdafiə qüvvələri Ukraynanın kütləvi atəşə tutulması zamanı 70 raketdən 51-ni məhv edib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Hərbçilərin məlumatına görə, işğalçılar 10 ədəd Tu-95ms təyyarəsi vasitəsilə Rostov vilayətinin Volqodonsk rayonundan və Xəzər dənizindən, həmçinin Qara dənizdən iki kiçik raket kateri vasitəsilə zərbələr endiriblər.

“Ümumilikdə, təxminən 70 ədəd X-101/X-555 Kalibr qanadlı raketləri atılıb. 51 raket hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, - məlumatda bildirilib.

Ukrayna hərbçiləri həmçinin beş ədəd “Lancet” zərbə PUA-sını zərərsizləşdiriblər.

Mənbə: rbc.ua

loading...
Diaspora