Türkiyə daha bir şəhid verdi

Türkiyə daha bir şəhid verdi backend

Türkiyənin Tunceli vilayətində daha bir polis şəhid olub. APA-nın “Milliyet” qəzetinin saytına istinadən verdiyi xəbərə görə, PKK-çılar qızı ilə birlikdə gəzməyə çıxmış xüsusi təyinatlı polis Kadir Özkaranın avtomobilini atəşə tutublar. Yaralı halda xəstəxanaya çatdırılan polis bütün cəhdlərə baxmayaraq, dünyasını dəyişib.


Hadisədən sonra Türkiyə hüquq-mühafizə orqanları xüsusi əməliyyata başlayıblar.

Xatırladaq ki, bu gün səhər İğdırda terrorçuların törətdiyi partlayış nəticəsində 14 polis həlak olub.


Diaspora