Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalına hava zərbələri endirməzdən əvvəl Təl-Tamrdəki Rusiya qoşunları bölgəni tərk edib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyəyə dəstək verən Rusiya jest edib.
Belə ki, bölgədəki Rusiya qoşunları TSQ-nin planlaşdırdığı hava hücumlarından əvvəl təhlükəsiz sərhəd xəttinə yaxın olan Təl-Tamr bölgəsindən geri çəkilib.
Lakin daha sonra məlum olub ki, rus əsgərləri nəinki geri çəkilib, hətta bölgəni tamamilə tərk edib.
Qeyd edək ki, Ərdoğan quru əməliyyatları ilə bağlı mesaj verərkən, yaxın münasibətdə olduğu Rusiyadan: “Əməliyyatlarda Türkiyənin yanındayıq”, - mesajı gəlib.
QAZİLER.AZ
