Ukraynada təkrar raket hücumu barədə xəbərdarlıq edildi

Ukraynada təkrar raket hücumu barədə  xəbərdarlıq edildi backend

“Rusiyanın Zaporojye bölgəsinə təkrar zərbələr endirmək ehtimalı yüksəkdir”.

Qaziler.az “RBK Ukraina”ya istinadla xəbər verir ki, bu barədə Zaporojye regional hərbi dairəsinin rəhbəri Aleksandr Starux teleqram kanalında yayıb.

“Dostlar! Düşmənin yenidən raketlə hücum etmək ehtimalı yüksəkdir. Mobil telefonlarınızı enerjiylə doldurun və sığınacaqlara yaxın yerlərdə olun. Sıqnal çamadanını hazır saxlayın. Hava hücumu siqnallarını boş verməyin. Özünüzə və sevdiklərinə yaxşı baxın”, - Starux vurğulayıb.

Xatırladaq ki, noyabrın 23-də Rusiya Ukraynanı kütləvi şəkildə raket atəşinə tutub.

QAZİLER.AZ

Diaspora