Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub backend

Qondarma “DXR” başçısı Denis Puşili Ukrayna ilə 35-in 35-ə əsir mübadiləsi gerçəkləşdirildiyini bildirib.

Qaziler.az “RBK Ukraina”ya istinadla xəbər verir ki, bu barədə Puşilin teleqram kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə Ukrayna hərbçilərini vətənlərinə geri qaytarıb.

Saytda qeyd edilib ki, Ukrayna hələ əsirlərin növbəti mübadiləsiylə bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, axırıncı dəfə Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi noyabrın 11-də baş tutub. Həmin vaxt Ukrayna 45 hərbçisini geri qaytara bilib.

QAZİLER.AZ

Diaspora