Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya üç "Sea King helikopteri" və 10 min artilleriya mərmisi vermək qərarına gəlib.
Qaziler.az bildirir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles BBC-yə məlumat verib.
Agentliyin məlumatına görə, üç helikopterdən biri artıq Ukraynaya çatıb.
Bundan əlavə, Uollesin sözlərinə görə, Ukrayna İngiltərədən əlavə olaraq 10 min artilleriya mərmisi alacaq. Döyüş sursatı Ukrayna Silahlı Qüvvələrinə bu yaxınlarda azad edilmiş əraziləri qorumağa kömək edəcək
QAZİLER.AZ.