Almaniya ordusunda silah sursat çatışmazlığının, ciddi texniki problemlərin olduğunu bildirilib.
Qaziler.az xəbər verir ki, bu barədə Alman Assambleyasının Federal Ordu zabiti Eva Högl “Bild am Sonntag” qəzetinə şikayətlənərkən bildirib.
O, açıqlamasında əsgərlərin dəbilqə, qaz maskası, çəkmə, corab və bel çantasına ehtiyaclarının olduğu üçün 2,4 milyard avronun ayrılmasını xatırlladıb.
2025-ci ilə qədər hər bir əsəgərin şəxsi hərbi ləvazimatlarının olmasını bildirən Högl deyib: “Bu həftə bir batalyonu ziyarət etdim. Corablar gəlib, amma hərbçilərin şalvar və pencəyi yoxdur. Bu qəbuledilməzdir”.
Eva Högl NATO missiyası çərçivəsində Litvada tank batalyonunda əsgərlərin qoruyucu jiletsiz xidmət etdiklərini də xüsusi vurğulayıb.
QAZİLER.AZ