“Facebook”un qurucusu Mark Zukerberq “WhatsApp”ın ayda 1 dollara satılacağını açıqlayıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bir zamanlar "Facebook" və "WhatsApp”ın populyarlığını artırmağa çalışan Mark indi “Metaverse”də eyni effekti əldə etməyə çalışır.
İstər şəriklərindən, istərsə də "Meta" istifadəçilərindən gələn bütün şikayətlərə baxmayaraq, Mark Zukerberq bu layihəsinə pul tökməkdə davam edir. Hətta özü də bu layihənin ona uğur gətirməyəcəyini bildirib. Davamlı sərmayə tələb edən, ancaq yaxın zaman çərçivəsində heç bir qazanc vəd verməyən "Metaverse" üçün bundan sonra çoxlu pullar vermək istəməyən Zukerberq yenə "WhatsApp" və "Messenger"i hədəf alıb.
Belə ki, işçilərinə email göndərən Mark Zukerberq bu iki mesajlaşma platformasından yeni qazanc üsullarının tapılmasının vacibliyini qeyd edib.
"Meta"ya yaxın mənbələr bildirir ki, hər iki platformada reklam məzmununun görünəcəyi açıqlansa da, "WhatsApp" üçün ödənişli versiyanın gündəmə gələcəyi ,qiymətinin isə ayda 1 dollar olacağı gözlənilir.
QAZİLER.AZ