Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat dərc edib.
Buna səbəb Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna ərazilərinin Macarıstana aid olduğunu əks etdirən şərf taxması olub.
"Macarıstanda revizionizm ideyalarının təbliği Ukrayna-Macarıstan münasibətlərinin inkişafına kömək etmir. Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunacaq və o, Viktor Orbanın əməlinin qəbuledilməzliyi barədə məlumatlandırılacaq", - Ukrayna XİN-in sözcüsü Oleq Nikolenko bildirib.
Həmçinin Ukrayna XİN Macarıstandan rəsmi üzr istəməsini və Ukraynanın ərazi bütövlüyünə təcavüzün təkzibini gözləyir.
Xatırladaq ki, V.Orban daha əvvəl Macarıstan və Yunanıstan milli komandaları arasında Budapeştdə keçirilən matçda “Böyük Macarıstan” xəritəsini əks etdirən şərflə görünüb. Həmin xəritəyə görə indiki Serbiya və Ukraynanın bölgələri də Macarıstana daxildir.
QAZİLER.AZ
