Ukrayna həlak olan 33 hərbçisinin nəşini geri aldı

Ukrayna həlak olan 33 hərbçisinin nəşini geri aldı backend

Ukrayna noyabrın 22-də döyüşlərdə həlak olan 33 əsgərinin cəsədini geri alıb.

Qaziler.az xəbər verir ki, bu barədə Reinteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Ukrayna uğrunda canından keçən 33 hərbçinin nəşi qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib.

Nazirlik əlavə edib ki, əməliyyat itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko və Ukraynanın bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib.

Qeyd edilib ki, bu günə qədər Ukrayna-Rusiya müharibəsində Ukrayna həlak olan 696 nəfərin cəsədini geri qaytarıb.

QAZİLER.AZ

Diaspora