Azərbaycan və İran arasında elektron ticarət poçt vasitəsilə təşkil olunur

Azərbaycan və İran arasında elektron ticarət poçt vasitəsilə təşkil olunur backend

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İranın eyni adlı qurumu ilə elektron ticarətin poçt vasitəsilə həyata keçirilməsinin təşkilinə başlayib.


Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, İranla elektron ticarət əlaqələri tənzimləndiyi halda Azərbaycan bazarına daha sərfəli qiymətlərlə sənaye mallarının, o cümlədən daim tələbat olan qida məhsullarının və farmasevtik məhsulların gətirilməsi mümkün olacaq.

Nazirliyin keçirdiyi monitorinqin nəticələrinə əsasən, hazırda Azərbaycana elektron ticarət vasitəsilə gətirilən malların əksəriyyəti Çindən və Böyük Britaniyadan göndərilir. Böyük Britaniyadan gələn malların əksəriyyəti tranzit daşımalardır ki, bu mallar ABŞ-dan və Avropa ölkələrindən gətirilir.
Diaspora