NATO Parlament Assambleyası Rusiya Federasiyasını və onun rejimini terrorçu dövlət kimi tanıyıb.
Qaziler.az "Ukrainskaya Pravda"ya istinadla xəbər verir ki, büvafiq qətnamə Madriddə keçirilən illik sessiyada qəbul edilib.
"Bu gün biz bütün müttəfiqlərlə Rusiya Federasiyasını və onun hazırkı rejimini terror təşkilatı kimi tanımağa çağıran qətnaməni təsdiq edəcəyik", - NATO PA-nın prezidenti Cerri Konnolli səsvermədən əvvəl deyib.
Sənəd yekdilliklə qəbul edilib. Qətnamədə həmçinin bu rejimi iyrənc hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün xüsusi tribunalın yaradılması tələb olunub.
"Biz həmçinin hökumətlərimizi Ukraynanın NATO-ya daxil olması istiqamətində növbəti addımları atmağa çağırırıq. Biz dəfələrlə vurğulamışıq ki, Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək üçün bütün qanunsuz cəhdlərini tanımırıq", - Konnoli əlavə edib.
Ukraynanın NATO PA-dakı Daimi Nümayəndəliyinin sədri Yeqor Çernev qeyd edib ki, tribunal təkcə hərbi cinayətlərin birbaşa təqsirkarlarını deyil, həm də Rusiya Federasiyasının ali rəhbərliyini mühakimə etməyə imkan verəcək.
QAZİLER.AZ