Yapon azarkeşlərin mədəni davranışı qətərliləri mat qoydu - FOTO/VİDEO

Yapon azarkeşlərin mədəni davranışı qətərliləri mat qoydu - FOTO/VİDEO backend

Ətrafın zibillənməsinə qarşı həssas olan yaponlar Qətərdə keçirilən Dünya Çempionatında da barələrində söz etdirməyi bacarıblar.

Qaziler.az xəbər verir ki, dünən keçirilən növbəti matç zamanı yapon azarkeşlər əllərində torbalarla tirbunalarda yerlərini tutublar.

Matçın final fitindən sonra hamısı tirbunalara dağılan, yerdə və oturacaqlarda qalan zibil adında hər nə varsa hamısını əllərindəki torbalara doldurublar. Tez bir zamanda stadionu təmizləyib çıxıblar.

Bunu görən qətərli isə yapon azarkeşlərin mədəniyyətini heyrətlə izləyib, hətta onlarla selfi də çəkdirib. 

Qeyd edək ki, əvvəllər də dəfələrlə beynəlxalq turnirlərdə özlərinin və başqalarının zibilini torplamaqla məşhur olan yapon azarkeşlərin mədəniyyəti Qətərdə keçirilən FİFA 2022 Dünya Çempionatında da kadrlara yansıyıb.

QAZİLER.AZ

Diaspora