Ötən gün Qaziantepin Karkamış kəndinə atılan 5 raketdən sonra Türkiyə Silahlı Qüvvələri şəhid olanların qisasını almaqda davam edir.
Qaziler.az xəbər verir ki, türk hərbçilərin qisas atışlarında etdikləri bir detal diqqət çəkib.
Belə ki, raketlə atışlar həyata keçirilməzdən əvvəl hərbçilər mərmilərin üzərinə şəhid olanların adını yazıb. Məktəbə edilən raketli hücum zamanı həlak olan 4 yaşlı Həsənlə Ayşənur müəllimin adı raketlərə yazılaraq terrorçuların yuvalarına atılıb.
Qeyd edək ki, noyabrın 21-də PKK /YPG terror qruplaşmaları Türkiyənin şimal sərhədinə, Qaziantepin Karkamış kəndinə 5 raket zərbəsi endirib. Hadisə zamanı 3 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
QAZİLER.AZ



