Avstraliya XİN-i Suriyada qaçqınların sayı barədə qərarı qəbul edəcək

Avstraliya XİN-i Suriyada qaçqınların sayı barədə qərarı qəbul edəcək backend

Avstraliya hökuməti Suriyadan olan qaçqınların qəbulu ilə bağlı sayın dəqiqləşdirilməsi barədə qərarı yaxın günlərdə qəbul edəcək. Bu barədə xarici işlər naziri Culi Bişop məlumat verib.


Bu günlərdə Baş nazir Toni Abbot Suriyadan daha çox qaçqını qəbul etməyə hazır olduqlarını desə də konkret rəqəm bildirməyib.

Müxalif Leyborist Partiyasından olan parlamentarilər Avstraliyanın 10 min, “Yaşıllar” Partiyasının nümayəndələri isə 20 min qaçqını qəbul etmək iqtidarında olduğunu bildiriblər.

Hazırda Avstraliya hər il dünyanın müxtəlif ölkələrindən “humanitar kvota” çərçivəsində 13750 qaçqın qəbul edir. Hökumət 2018-ci ilədək bu “kvota”nı 5 min nəfər artırmağı planlaşdırırdı.

Avstraliyanın Viktoriya, Cənubi Avstraliya və Qərbi Avstraliya ştatları qaçqınları qəbul etməyə hazır olduqlarını artıq bəyan ediblər.
Diaspora