Ərdoğan Hulusi Akarla danışıb yeni tapşırıqlar verdi - FOTO

Ərdoğan Hulusi Akarla danışıb yeni tapşırıqlar verdi - FOTO backend

Türkiyə prezidenti R.T. Ərdoğan Əməliyyat Mərkəzində müdafiə naziri Hulusi Akarla telefonla danışıb.

Qaziler.az Türkiyə mediasına istinadlar xəbər verir ki, Ərdoğan davam edən antiterror əməliyyatları ilə bağlı məlumatlandırılıb. 

“Pençe Kılıç” əməliyyatı zamanı gerçəkləşdirilən son hadisələrdən sonra Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər, Hərbi Hava Qüvvələri komandanı Atilla Gülan və Hərbi Dəniz Qüvvələri komandanı Ərcüment Tatlıoğlu Əməliyyat Mərkəzində toplaşaraq müzakirələr aparıblar.

Ərdoğan da bölgədəki əməliyyatlarla bağlı məlumat almaq üçün Hulusi Akarla telefon əlaqəsi qurub. Türkiyə Silahlı Qüvvələrinin  komandanlığının iştirak etdiyi görüşdə Ərdoğan hərbçilərə yeni tapşırıqlar verib.

QAZİLER.AZ

Diaspora