“Putin qalib gələ bilməz, bu, fəlakət olardı” - Stoltenberq

“Putin qalib gələ bilməz, bu, fəlakət olardı” -  Stoltenberq backend

“Biz danışıqların aparılmasını istəyirik, lakin gücdən vəhşicəsinə istifadənin qələbəsini istəmirik. Putin qalib gələ bilməz, bu, fəlakət olardı”.

Qaziler.az xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq Madriddə NATO Parlament Assambleyasının plenar iclasında deyib. O bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi danışıqlar masası arxasında bitə bilər, lakin Ukrayna üçün məqbul olan şərtlərlə. Çünki Rusiyanın - diktator Putinin qələbəsi qəbuledilməzdir.

NATO–nun Baş katibi qeyd edib ki, Putin Ukrayna və onun müttəfiqlərini qiymətləndirməməklə iki strateji səhvə yol verib. Ona görə də NATO uzun müharibəyə hazır olmalıdır.

Onun sözlərinə görə, Rusiyanın hələ də əhəmiyyətli dərəcədə hərbi potensialı və çoxlu sayda qoşununu var, Ukrayna xalqına dəhşətli iztirablar vermək üçün itkilər verməyə də hazırdır: “Ukraynanı uzun müddət dəstəkləməyə hazır olmalıyıq. Bəli, bilirəm ki, bu dəstəyin bir dəyəri var. Ölkələrdə insanlar böhranla üzləşirlər, çətin vaxtlardır. Amma ödədiyimiz dəyər pulla ölçülür. Ukraynalılar isə bu dəyəri qanla ödəyirlər”, - Stoltenberq vurğulayıb.

QAZİLER.AZ

Diaspora