Yunan general Türkiyə Ordusunun uğur sirrini açdı

Yunan general Türkiyə Ordusunun uğur sirrini açdı backend

"Türkiyə Silahlı Qüvvələrinin Şimali İraq və Suriyadakı bütün əməliyyatlarda iştirakı böyük təcrübədi".

Qaziler.az xəbər verir ki, bu barədə Yunanıstanın general-leytenantı Loannis Krassas ERT kanalında müsahibəsində danışıb. O, Türkiyənin bölgədə güclü olduğunu, bunun Yunanıstan üçün ciddi təhdid yaratdığı qeyd edib. Bildirib ki, Yunanıstan əhali, iqtisadiyyat və hərbi baxımdan gücünü artırmalıdır:

“Türkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək seçkilərdə 7 milyon yeni seçici səs verəcək. Yunanıstanın əhalisi isə son 10 ildə 500 min azalıb. Ona görə də əhalinin artması ölkəmizin müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir. Türkiyədə orta yaş həddi 27, Yunanıstanda isə 42-dir. Dolayısı ilə özümüzü gücləndirməliyik. 1970-ci ildə İsrailin 3,5 milyon əhalisi var idi, bu gün bu rəqəm 10 milyona çatıb. Güclü silahlı qüvvələrə sahib olmaq üçün əhalinin sayı və orta yaş həddi vacib şərtdir”.

Yunan general Türkiyə Silahlı Qüvvələrinin davamlı müharibə şəraitində olduğuna diqqət çəkərək bunları xüsusi vurğulayıb:

“Türkiyə düşmənlərinə qarşı davamlı döyüş mövqeyindədir. Unutmamalıyıq ki, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraq və Suriyadakı bütün əməliyyatlarda olması böyük təcrübədir. Güclü orduya sahib olmasının uğur sirri isə Türkiyənin daim hərbi təlim və sınaqlarda iştirak etməsidir".

QAZİLER.AZ

Diaspora