Qətər Futbol üzrə Dünya Çempionatını öz ölkəsində keçirmək hüququ qazandığı 2010-cu ildən bu yana hazırlıqlara böyük əmək sərf edib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, dünya çempionatının təhlükəsizliyinin təminatı isə Türkiyə polisinə həvalə edilib.
Artıq Türkiyə Təhlükəsizlik İdarəsinin (EGM) əməkdaşları Qətərdə fəaliyyətə başlayıb.
Noyabrın 20-də ilk matçın başlamasına 24 saatdan az müddət qaldığı bir vaxtda Türkiyə Təhlükəsizlik İdarəsi paylaşım edib: “Türkiyə polisinin əməliyyat qrupu futbol üzrə 2022 FİFA Dünya Çempionatına hazırdır, Qətər!”
Qeyd edək ki, Qətər noyabrın 20-dən dekabrın 18-dək davam edəcək futbol üzrə Dünya Çempionatına 300 milyard dollar vəsait xərcləyib.
QAZİLER.AZ


