Rusiya əsgərlərindən biri Ukraynaya məxsus dronu görən kimi əlləri qaldıraraq təslim olmaq məcburiyyətində qalıb.
Qaziler.az xəbər verir ki, görüntüləri Ukrayna Müdafiə Nazirliyi yayıb.
Bəzən dronları görən rus əsgərləri qaçıb mövqelərdə gizlənsələr də, bu dəfə vəziyyət fərqli olub.
“Ukraynanın pilotsuz uçuş aparatları rus işğalçıların ən qatı düşmənidir. Dronalara qarşı dirənməyə çalışanların həyatda qalmaq şansı sıfırdır. Lakin təslim olmağın həyatda qalmaq üçün şans olduğunu anlayan işğalçı əsarət altına alındı”, - deyə nazirliyin məlumatında qeyd edilib.
QAZİLER.AZ